EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) may ayının sonuna qədər Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərini Vergilər Nazirliyinə və parlamentə təqdim edəcək. «APA-ECONOMICS»in məlumatına görə, bunu ASK-nın prezidenti Ələkbər Məmmədov bildirib.Ə.Məmmədovun sözlərinə görə, təkliflərin bəziləri ötən il hökumətə ünvanlansa da, qəbul edilməyib: «Biz ötən il Vergi Məcəlləsinə əlavə və dəyişikliklərlə bağlı öz təkliflərimizi təqdim etmişdik. Onlardan bəziləri qəbul edib. Bununla belə, müəyyən təkliflərimiz dəyişikliklərdə öz əksini tapmayıb. Biz yenə həmin təkliflərimizdə israrlıyıq».
ASK əlavə dəyər vergisi (ƏDV) və mənfəət vergisinin dərəcələrinin azaldılmasını, investisiyaya yönəldilmiş vəsaitin mənfəətdən çıxılması, amortizasiya müddətinin artırılması və s. təklif edir. ASK-ın apardığı araşdırmalara görə, ƏDV dərəcəsinin 18%-dən 14%-dək, mənfəət vergisinin isə 22%-dən 18%-dək endirilməsi məqsədəuyğundur.
«Biz ƏDV-dən azad olunan malların siyahısının genişləndirilməsinin tərəfdarıyıq. Məsələn, bu gün ölkəyə gətirilən toxumların, xüsusi maşın mexanizmlərinin, yeni texnologiyaların ƏDV-dən azad olunmasına ehtiyac var. Bu təkliflə də çıxış edəcəyik», - deyə Ə.Məmmədov əlavə edib.
Ə.Məmmədovun sözlərinə görə, 2007-ci ildə 79 min sahibkarlıq subyekti qeydiyyatda olub. Fiziki şəxs kimi sahibkarlıqla məşğul olanların sayı isə 280 minə çatıb. /APA-ECONOMICS/

Açar sözlər: