Reklam verin!
EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
peykNasa xəbərdarlıq edir ki, böyük kosmik aparat yerə düşə bilər
Amerikanın iri casus peyklərindən biri sıradan çıxıb. NASA-dan yayılan məlumata görə, kosmik aparat idarəolunmaz vəziyyətə düşüb, onun mühərrikləri işləmir və kosmosda sərbəst hərəkət edir. “Assoşeyted press” agentliyinin məlumatında deyilir ki, Amerika hökumətindəki mənbələr casus peykin fevralın sonlarında - martın əvvəllərindəYerə düşə biləcəyini istisna etmirlər. “Hökumətin nəzarət etmədiyi süni peykdə təhlükəli materiallar ola bilər, bizə qətiyyən məlum deyil ki, o, planetin hansı hissəsinə düşəcək” deyə mənbə bildirib.
Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Qordon Condro isə bildirib ki, hələlik narahatlıq üçün ciddi əsas yoxdur. Onun sözlərinə görə, bu günədək çoxsaylı kosmik cihazlar orbitdən çıxıb və Yerə düşüb. Ancaq çox az hallarda onlar hansısa zərərə yol açıblar. “Müvafiq hökumət agentlikləri situasiyanı izləyir. Biz həmin peykin planetə vura biləcəyi mümkün zərərlərin azaldılması üzərində işləyirik” - deyə, Condro bildirib. Bununla belə Ağ Ev rəsmisi nəzarətdən çıxan peykin raketlə vurula biləcəyi haqda nəsə deməyib. Onun sözlərinə görə, detallar haqda danışmaq tezdir.
Casus peykin ağırlığının nə qədər olduğu bilinmir. Bildirilir ki, peyk ABŞ-ın kosmik cihazları arasında ən irilərindən biridir. 1979-cu ildə NASA-nın 78 tonluq kosmik aparatı nəzarətdən çıxıb və Avstraliya sahillərində Hind okeanına düşüb.
Mənbə: "Yeni müsavat" qəzeti

Açar sözlər: dünya 

Yazar: EYV-AZ | Tarix: Yanvar 28, 2008 12:36 | Dünya | Şərhlər(0) | Baxış sayı: 172

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha