EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
XƏZƏR İBRAHİM: "TÜRKİYƏ BEYNƏLXALQ NORMANI POZMADAN ÖZ TƏHLÜKƏSİZLİYİNİ TƏMİN EDİR"
"Ermənistan Sumqayıt hadisələrindən təxribat vasitəsi kimi istifadə edir. Onların bu cəhdləri, hansısa tədbirlər keçirmələri xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən dəstəklənmir. Çünki dünya birliyinə əsl həqiqət bəllidir". Bu açıqlama ilə dünən Xarici İşlər Nazirliyinin mətbuat katibi Xəzər İbrahim çıxış edib. Ermənilərin bununla bağlı Azərbaycanın xaricdəki diplomatik korpuslarının qarşısında hansısa təxribat törətmək cəhdinə gəlincə X.İbrahim deyib ki, diplomatik nümayəndəliklərin təhlükəsizliklərini akreditə olunduqları dövlətlər təmin edir. Ermənistanda prezident seçkisində qalib gəldiyi elan edilən Serj Sərkisyanın azərbaycanlılara qarşı bir çox cinayət törətməkdə ittiham olunmasına rəğmən rəsmi Bakının buna reaksiya verməməsinə gəlincə, X.İbrahim deyib ki, prezidentlikdən əvvəl o, Ermənistanın baş naziri olub: "İkincisi, bu məsələdə söhbət təkcə Sərkisyandan getmir. Azərbaycan həm Ermənistan rəsmilərinin, həm də sıravi vətandaşlarının torpaqlarımızın işğalı zamanı törətdikləri cinayətləri unutmayıb. Beynəlxalq təşkilatlar bu məsələ barədə daim məlumatlandırılıb və onlardan müvafiq addımlar atmaq tələb olunub".
Xocalı faciəsinin dünyaya tanıdılması üçün görülən işlərə toxunan X.İbrahim bu istiqamətdə tədbirlərin davam etdiriləcəyini vurğulayıb.
Kosovodakı vəziyyətlə bağlı orada yerləşdirilən Azərbaycan sülhməramlılarının geri çağırılması barədə fikirlərə münasibət bildirən X.İbrahim deyib ki, Azərbaycan sülhməramlıları dünyanın bir çox münaqişə bölgəsində sülhyaratma proosesində iştirak edirlər: "Amma hələ Kosovodakı sülhməramlılarımızın istiqamətini dəyişmək barədə məlumat yoxdur".
X.İbrahim onu da deyib ki, rəsmi Bakı Ermənistanın seçkilər zamanı Azərbaycanın işğal altındakı ərazilərində məntəqələr təşkil etməsi və səsvermə keçirilməsi ilə bağlı beynəlxalq təşkilatlara göndərdiyi Notaya cavab almayıb: "Azərbaycanın işğal altındakı ərazilərdə bu məsələ ilə bağlı araşdırmalar aparmaq imkanları yoxdur. Ona görə də beynəlxalq təşkilatlara müraciət edildi ki, araşdırma aparıb bu barədə bizə məlumat versinlər. Amma bunun bir nəticəsi olmadı". Ermənistana səfər edəcək bir qrup QHT nümayəndəsinin Dağlıq Qarabağa Azərbaycan ərazisindən keçib getmək barədə müraciətlərinə mənfi cavab verilməsini isə X.İbrahim onların təhlükəsizlikləri ilə izah edib. Bildirib ki, rəsmi Bakı işğal altındakı ərazilərə nəzarət etmək imkanına malik deyil. Ona görə də vətəndaşına belə təminat verə bilməz.
X.İbrahim onu da söyləyib ki, Azərbaycan mart ayında Dağlıq Qarabağ ermənilərinin MDB-də "dondurulmuş münaqişələr"lə bağlı Rusiya Dövlət Dumasında keçiriləcək müzakirələrdə iştirakının qarşısını almaq üçün tədbirlər görür: "Həmin müzakirələr Zatulin soyadlı şəxs tərəfindən təşkil edilir. Onun bu təşəbbüsü təxribat məqsədi daşıyır. Rusiyadakı səfirliyimiz artıq işə başlayıb və bizə qarşı istənilən təxribatın qarşısını almaq üçün addımlar atılacaq".
Son günlər Türkiyənin Şimali İraqda apardığı əməliyyata rəsmi Bakının münasibətini açıqlayan X.İbrahimin sözlərinə görə, Türkiyə beynəlxalq normanı pozmadan öz təhlükəsizliyini təmin edir: "Söhbət kürdlərlə deyil, PKK ilə mübarizədən gedir. Bu təşkilatı müxtəlif dövlətlər terrorçu kimi tanıyır. Azərbaycan antiterror koalisiyasının üzvüdür və bu istiqamətdə mübarizədə öz fəaliyyətini davam etdirəcək". Serj Sərkisyanın Laçında kürdlərə müəyyən səlahiyyətlərin verilməsi ilə bağlı fikirlərinə gəlincə, X.İbrahim deyib ki, Azərbaycan ərazisində hansısa etnik qrupun məskunlaşdırılması barədə bəyanat vermək hüququ yoxdur: "Sərkisyan Ermənistandakı işləri ilə məşğul olsa daha yaxşıdır"."525-ci qəzet"

Açar sözlər: