EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Türkiyədə ipək parçadan hazırlanmış bayrağın eni 4,5 uzunluğu isə 9 metrdirNaftalan şəhərinin mərkəzində bölgədə ən hündür bayraq ucaldılıb. Naftalan şəhər icra hakimiyyətinin təşəbbüsü ilə qoyulan Azərbaycan bayrağının sütunu 20 metrdən artıqdır. Türkiyədə ipək parçadan hazırlanmış bayrağın özünün eni 4 metr yarım, uzunluğu isə 9 metrdir. Naftalan şəhər icra hakimiyyətindən verilən məlumata görə, bayrağın ətrafına qranit döşənəcək, ərazidə abadlıq işləri aparılacaq.
Qeyd edək ki, müalicəvi xarakterli nefti ilə məşğur olan Naftalan şəhəri vaxtı ilə Azərbaycanın ən çox turist qəbul edən yerlərindən biri olub. Ona görə də qərara alınıb ki, bu şəhərin əvvəlki şöşrətinin qaytarılması üçün kompleks tədbirlər həyata keçirilsin./ANS TV/

Açar sözlər: