Reklam verin!
Yuma Ailə Jurnalı
EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
“Mənə müdafiə naziri olacağimi desəydilər, gülərdim”
“Xalq Hərəkatı başlayanda heç düşünmürdüm ki, SSRİ dağılacaq, mən müdafiə naziri olacağam”. Keçmiş müdafiə naziri Rəhim Qazıyev presspost.az internet portalına müsahibəsində belə deyib.
R.Qazıyev bildirir ki, o hər şeyə inana bilərdi, amma müdafiə naziri olacağını ona desəydilər gülərdi: “Mənə desəydilər mən gülərdim, mən desəydim, mənə gülərdilər”.
Sabiq müdafiə naziri müsahibəsində bildirir ki, əsgərlikdə olmayıb: “Ona görə olmamışam ki, 1958-ci ildə pionerlər evində sürücülük dərnəyinə gedirdim. Ora bir Eyyub müəllim gəlmişdi. O, 1955-58-ci illərdə Macarıstanda əsgəri xidmətdə olmuşdu. Həmin dövrlərdə əsgərlik 3 il, hərbi dəniz donanmasında isə 4 il idi. 1959-cu ildə Eyyub müəllim 1956-cı ildə Sovet ordusunun Macarıstanda törətdiyi hadisələr barədə mənə danışdı. O zaman 9-cu sinifdə oxuyurdum. Təsəvvür edin ki, 1990-cı ildə ruslar bizim başımıza açdıqları oyunun üç-dörd qat artığını, çox iyrənc formada macarların başına açmışdılar. Həmin dövrə qədər mən fikirləşirdim ki, hərbi məktəbə gedərəm, hərbçi olaram. Amma bu söhbətdən sonra fikrimdən daşındım. Və əsgəri xidmət eləməməyi qarşıma məqsəd qoydum”.
“Ordudan necə yayındınız, rüşvət verdiniz, yoxsa başqa bir yol var idi” sualına Rəhim Qazıyev belə cavab verir: “Yox, mən bir qəpik də rüşvət vermədim. Əmilərim də, atam da hərbi xidmət keçmişdilər. Hətta atamla böyük əmim müharibədə də olmuşdu. O zaman əsgərliyə getməyənlərə çox pis baxırdılar. Sadəcə olaraq, o vaxtlar ildə bir dəfə hərbiyə çağırış olurdu. Sentyabrdan-dekabrın 20-ə qədər. Həmin vaxtlar mən yataqxanada yaşayırdım. Məni tapmaq o qədər də asan olmurdu. Yataqxanaya gələndə də deyirdilər ki, burda yaşamır. Tələbələr arasında bir həmrəylik var idi. Dərslərə az qatılardım. Mühazirələri uşaqlardan alıb köçürərdim. Taleyin qisməti ilə ordudan yayına bildim. Düzdü, ələ keçsəydim nəticəsi pis olardı. Amma keçmədim. Sonra da evləndim. İki övladım dünyaya gəldi. Həmin vaxtlar da ki, iki uşağı olanı əsgərliyə aparmırdılar”.
Lakin əsgərlikdə olmayan və hərbdən uzaq R.Qazıyev müdafiə naziri işləməsində qeyri-adi heç nə görmədiyini deyir: “Dünyanın bir çox ölkələrində ordunun başında mülki adamlar durur. Rusiya kimi hərbiyə meyilli bir dövlət müdafiə nazirini mülki vətəndaş qoydu. Fransada, Türkiyənin özündə müdafiə naziri mülki vətəndaş idi. SSRİ-nin Əfqanıstana gedib, özünü biyabır etməsinin əsas səbəbi odur ki, bura göndərilənlər hamısı sırf hərbçilər idi. Hərbçilər nizamnamə ilə hərəkət edən olur. Onlara yuxarıdan hansısa əmr veriləndə tez əl gedir qulağın dibinə, deyirlər baş üstə. Yox əgər müdafiə naziri mülki vətəndaş olub, yuxarıdan göstərilənlərə öz siyasi baxışı ilə etiraz edə bilirsə, o zaman çox bəlaların qarşısı alınır. Bəli, baş qərragah rəisi, əməliyyat idarəsinin rəisi, arxa cəbhə üzrə işlər idarəsinin rəhbəri hərbçi olmalıdır. Amma müdafiə naziri sırf hərbçi olanda ona edilən təzyiqləri müqavimətsiz qəbul edir. Siyasilərin öz iddialarından ötrü neçə-neçə ölkələri viran qoyduqları bəllidir”.
R.Qazıyev AXC hakimiyyəti dövründə hakimiyyətdəkilərin onu qəbul etməmələrinin səbəbini də açıqlayır: “Onlar istəyirdilər ki, içəri girəndə, mən onlarla qeyri-şərtsiz razılaşım. Mən ordudan istefa verəndən üç gün sonra - 22 fevralda Zabitlər evində ordu günü ilə bağlı tədbir keçirilirdi. Həmin vaxt Pənah Hüseyn da tədbirə qatılıb. Pənah içəri girən kimi Dadaş Rzayev “qalxın” deyib komanda verib. Zabitlər də ayağa qalxıb. Dadaş Rzayev də deyib ki, çox hörmətli dövlət katibi biz çox minnətdarıq ki, öz qiymətli vaxtınızı sərf edib bizlə görüşə gəlmisiniz. Onlar belə şeyləri sevirdilər. Mən də belə dəb-dəbəni, kommunistlərin qoyub getdiyi bu ənənəni qəbul etmirdilər. Ona görədə onlar hərbçinin olmasını çox istəyirdilər”.
Etibar SEYİDAĞA/Yeni müsavat


Bookmark and Share

Açar sözlər:

Yazar: EYV-AZ | Tarix: Fevral 27, 2008 12:30 | Müsahibələr | Şərhlər(0) | Baxış sayı: 210

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha