Reklam verin!
Yuma Ailə Jurnalı
EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Gələn ildən Bakı Metropolitenində gediş haqqı 11 dəfə artırılaraq 55 qəpiyə çatdırıla bilər. Bu barədə APA-ya Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. T.Əhmədovun sözlərinə görə, bu il metropolitendə gediş haqqı dəyişməyəcək.
Lakin 2009-cu ildən qiymətlər dəyişdirilə bilər: “Biz Tarif Şurasına təkliflər vermişik. Təkliflərdə 1 sərnişinin gediş haqqının maya dəyərinin 55 qəpik olması göstərilib. Bu ilin sonunda Tarif Şurası bu məsələyə baxacaq. Bundan sonra gediş haqqının gələn ilin əvvəlindən hansı səviyyədə olacağı müəyyənləşəcək”. Lakin bununla yanaşı, T.Əhmədov Tarif Şurasının qərarından asılı olaraq, metroda qiymətin dəyişməyəcəyini də istisna etməyib. Hazırda 1 sərnişinin metropolitendən istifadəsinin maya dəyəri 55 qəpik, faktiki gediş haqqı isə 5 qəpik təşkil edir. Hazırda bahalaşma dalğasından özünü qoruyan yeganə nəqliyyat vasitəsi metropolitendir. 2003-cü ildən - indiki prezidentin hakimiyyəti dövründə istənilən nəqliyyat vasitəsində gediş haqqı bahalaşıb, bəzən isə bu bahalaşma hətta dəfələrlə ölçülür. Ancaq kasıb təbəqənin ən çox istifadə etdiyi metropolitendə qiymət artımı olmayıb. Bu, metropoliten rəhbərliyinin xidməti deyil. Metropoliten rəhbərliyi 2002-ci ildən üzübəri mütəmadi olaraq metroda gediş haqqının bir neçə dəfə qaldırılması barədə hökumətə təkliflər verib. Ancaq Tarif Şurası hər dəfə bu təklifi rədd edib. Ancaq təkliflərin qəbul edilməməsi heç vaxt metropoliten rəhərliyini ruhdan salmayıb, növbəti dəfə bu cəhd edib. Bu da növbəti cəhdlərdən biridir. Bununla belə, güman etmək olmaz ki, bu dəfə də metropolitenin təklifi rədd ediləcək. Təklif üçün elə bir vaxt seçilib ki, hər növ məhsul və xidmətlərin qiyməti bahalaşır. Üstəlik də hökumət əhalinin “varlanmasını” bəhanə edərək qiymət artımlarına yaşıl işıq yandırıb. O biri tərəfdənsə, ölkədə sürətli inflyasiya gedir. Bəzi məhsul növləri az qala günbəgün bahalaşır. Artıq ölkədə mal əti, benzin və başqa məhsulların qiyməti dünya bazar qiymətlərini çoxdan adlayıb. Belə bir ərəfədə metropoliten də bahalaşma yarışından nəinki kənarda qalmaq istəmir, hətta hamını ötüb keçmək istəyir - metroda gediş haqqını düz 11 dəfə qaldırmağı təklif edir. Əgər bu təklif reallaşsa, onda minimal əmək haqqı alan və metropolitendən mütəmadi istifadə edənlər aylıq gəlirinin çoxunu elə metroda xərcləməli olacaqlar. Hazırda ölkədə minimum əməkhaqqı 60 manatdır. Ayda bu qədər gəliri olan gündə iki dəfə metrodan istifadə etsə (iş gedəndə və qayıdanda), ayda 33 manat elə gediş haqqı ödəyəcək. Təbii ki, bu ehtimaldır. Ancaq çox asanlıqla reallığa çevrilə biləcək ehtimal. Məgər kimsə bir qədər əvvəl proqnozlaşdıra bilərdi ki, əhaliyə satılan qazın qiyməti 6,8, elektrik enerjisi 3, dizel yanacağı 2,5 dəfə artırılacaq? Təbii ki, ən bədbin müşahidəçilər belə bu proqnozu verməyə risq etməz, “hökumət bu qədər ağılsızlığa getməz” arqumenti ilə bunu istisna edərdilər. Ancaq hökumət məhz bu ağılsızlıqlara getdi - qısa müddət ərzində enerji daşıyıcılarının, kommunal xidmətlərin qiymətini dəfələrlə artırdı. Indi hökumət eyni məntiq və ehtirasla metropoltendə gediş haqqını 11 dəfə artırılması ilə bağlı qərar qəbul edə bilər. Sonra Tarif Şurasının sədri, qiymət artımlarını “əsaslandırmaq” barədə zəngin təcrübəsi olan Heydər Babayev telekanallara çıxıb, bu qərarın vacibliyini əsaslandırar. “Əsaslandırar” ki, metropoltenə bir neçə milyon dotasiya ayırmağa hökumətin pulu yoxdur. O hökumətin ki, milyardlarla manatı sağa-sola səpələyir. Bu hökumətdən nə desən, gözləmək olar. Iqtisadiyyat şöbəsi/Mənbə:Azadlıq qəzeti

Bookmark and Share

Açar sözlər:

Yazar: EYV-AZ | Tarix: May 13, 2008 9:14 | Yaşam | Şərhlər(0) | Baxış sayı: 180

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha