EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
İşğal altında olan Laçın rayonunun ermənilər tərəfindən zəpt olunmasından bu gün 16 il keçir. Ermənilər bu ərəfədə işğal etdikləri Laçın rayonunun “inkişafına” həsr edilmiş üç günlük konfrans keçirdilər. Konfransın keçirilməsində məqsəd rayonun sosial iqtisadi durumunu yaxşılaşdırmaq üçün əlavə vəsaitin cəlb olunması olmuşdur. Çox təəssüflər olsun ki, Azərbaycanda işğal olunmuş rayonlarımızın geri qaytarılmasını müzakirə etmək üçün nəinki üç günlük konfranslar təşkil edilir, hətta, işğal günləri belə lazımınca qeyd olunmur. Gənc nəsilin əksər hissəsi işğal olunmuş regionlarımızın adlarını, işğal tarixlərini bilmirlər. İşğal günlərində maarifləndirici dəyirmi masalar, komfranslar təşkil etmək əvəzinə əyləncə tədbirləri təşkil edilir. Lakin unuduruq ki, 17 may Laçın rayonun erməni təcavüzkarları tərəfindən işğal olunduğu gündür.
İşğal olunmuş rayonlarımız haqqında məlumatları ən yaxşı halda işğal günlərində qəzetlərdən və digər kütləvi informasiya vasitələrindən əldə edə bilərik. Elə bunun nəticəsidir ki, işğal olunmuş torpaqlarımız unudulmaqda və Azərbaycanda müharibə şəraiti demək olar ki hiss olunmamaqdadır.
Laçın rayonu haqqında qısa arayış:
Laçın rayonu ən yüksək dağ rayonlarından biri sayılır və ən hündür nöqtəsi dəniz səviyyəsindən 3594 m yüksəklikdə yerləşən Qızılboğaz dağıdır. 1835 kvadrat kilometr ərziyə malik olan Laçın rayonunun 127 yaşayış məntəqəsində işğala qədər 62 minə yaxın əhali yaşayıb. Rayonda 30 mindən artıq fərdi tikintilər 142 inzibati bina, 152 təhsil, 142 səhiyyə, 247 mədəni-maarif müəssisələri və kinoteatr, 4 muzey, 48 sənaye, 61 kənd təsərrüfatı obyekti, 25 abid, 450 ticarət məntəqəsi, 92 körpü, 34877 hektarını nadir ağac növləri, 2130 kilometrlik avtomobil yolu, 1187 kilometrlik su, 2136 kilometrlik elektrik, 10200 kilometrlik radio və telefon, 498 kilometr qaz xətləri, 20 müalicəvi su mənbəyi işğal nəticəsində tamamilə yararsız hala salınmışdır.
İşğal nəticəsində rayonunun 62 min nəfərlik əhalisi 16 ildir ki Azərbaycanın 60-a yaxın regionunda məcburi köçkünlük həyatı yaşayır, 262 nəfər döyüşlərdə şəhid olub, 67 nəfər itkin düşüb, 871 nəfər uşaq qismən, 31 nəfər isə hər iki valideynini itirərək yetim qalıb, 5 nəfər Milli Qəhrəman adına layiq görülüb. Təcavüz nəticəsində dağıdılma və talan nəticəsində Laçın rayonuna 7.099.526.500 ABŞ dolları məbləğində ziyan dəymişdi.
İşğaldan sonra ermənilər digər ərazilərimiz kimi Laçın rayonunun da adını dəyişdirərək Kaşatax qoymuş və rayonun kəndlərinin erməniləşdirərək xəritələr vasitəsilə dünyaya çatdırmaq istəyirlər ki guya bu ərazilər ermənilərə məxsusdur. Ermənilər bütün vasitələrdən istifadə edərək işğal olunmuş rayonlarımızda xüsusilə də Laçın rayonunu erməniləşdirməyə çalışırlar. Bu məqsədlə müxtəlif regionlardan insanları inandıraraq işğal olunmuş ərazilərə cəlb edirlər. Son zamanlar ermənilər Laçın rayonunda daha çox insan yerləşdirmək məqsədilə müxtəlif layihələr həyata keçirillər. Laçın rayonunun sosial iqtisadi inkişafını həmişə diqqətdə saxlamaq və bölgənin inkişafı üçün əlavə vəsait cəlb etmək üçün ABŞ-da fəaliyyət göstərən «Tufenkyan» xeyriyyə fondunun təşəbbüsü ilə konfrans təşkil olunmuşdur. Fondun direktoru Andranik Qasparyan bildirib ki, Laçının iqtisadi inkişafı və ərazidə məskunlaşma ilə əlaqədar olaraq layihələr paketi paketi hazırlanıb. Konfransda o da qeyd olunub ki, 15-ə yaxın kiçik və böyük layihəni Böyük Britaniya, İran , Kanada, ABŞ, Suriya, Livan, Rusiya və digər ölkələrin erməni icmaları maliyyələşdirəcək. Konfransda separatçı rejimin rəhbəri Bako Saakyan 2008-ci ildə rayon büdcəsinin 40 faiz artırılaraq təqribən 1,2 milyon dollara çatdığını bildirib.
Erməni mətbuatı yazır ki, Laçın rayonunda 2003-cü ilə kimi 12500 erməni məskunlaşmasına baxmayaraq hal hazırda bu rəqəm 8700-ə düşüb. Rayonda məskunlaşdırılmış əhalinin buranı tərk etməsinə səbəb isə müəllim və həkim çatışmazlığı, elektrik və bəzi ərazilərdə suyun olmamasıdır. Konfransın keçirilməsində əsas məqsəd məhz bu insanların Laçını tərk etməməsi üçün lazım olan şəraitin yaradılması olmuşdur.
Mənfur düşmənlərimiz informasiya müharibəsində də təəssüflər olsun ki bizi qabaqlayır. İnformasiya müharibəsində xüsusi önəmi olan internet vasitəsilə işğal olunmuş rayonlarımız haqqında həqiqətə uyğun olmayan məlumatlar, xəritələr yerləşdirməklə dünya ictimaiyyətini çaşdırmaqla məşğuldurlar. Bu illər ərzində biz ən azından informasiya müharibəsində erməniləri qabaqlaya bilərdik. Sistemli və mərkəzləşmiş qaydada təbliğatın aparılmaması nəinki dünya ictimaiyyətinə hətta ölkəmizdə də vətəndaşlarımızın məlumatsızlığına gətirib çıxartmışdır. Yazının əvvəlində qeyd etdiyim kimi bir çox insanlar xüsusilə də gənc nəsil işğal olunmuş ərazilərimiz haqqında yetərincə məlumatlı deyillər. Əgər işğal olunmuş ərazilərimizi azad etmək istəyiriksə ilk öncə ölkə daxilində güclü təbliğat işləri aparmalıyıq. Işğal günlərində əyləncə məclisləri quran gənclərimizlə zəpt olunmuş rayonlarımızı, eləcə də işğalının 16 illiyini qeyd etdiyimiz Laçın rayonunu azad edə bilmərik!
Eyvaz Qocayev

Açar sözlər: