EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Azərbaycanın internet məkanında müxtəlif nominasiyalar üzrə ən layiqli milli internet resurslarının seçilməsi və onların yaradıcılarının mükafatlandırılması məqsədilə Rabitə və İnformasiya Texnologiyaları, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən NETTY-2008 Azərbaycan Milli İnternet Mükafatının qaliblərinin adları açıqlanıb. Müsabiqənin Təşkilat Komitəsindən «APA-ECONOMICS»ə verilən məlumata görə, müsabiqədə iştirak üçün 340-dan çox sayt müraciət etsə də, onlardan da yalnız 305-i müsabiqəyə buraxılıb, mükafatın 41 nominantı olub. NETTY-nin akademikləri müsabiqənin 14 nominasiyası üzrə ən yaxşı milli veb-saytları müəyyənləşdiriblər.
Müsabiqədə «İnformasiya texnologiyaların inkişafının zənginləşdirilməsi üzrə» nominasiyanın qalibi Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə olub. Müsabiqədə ən yaxşı dövlət saytı kimi www.taxes.gov.az (Vergilər Nazirliyi), korporativ sayt kimi www.bankrespublika.az («Bank Respublika» SKB), elm və təhsil saytı kimi www.katarakte.net, mədəniyyət və incəsənət saytı kimi www.lit.az, informasiya və xəbərlər saytı kimi www.novosti.az, servis-sayt kimi www.jobsearch.az, əyləncə saytı kimi www.open.az, idman saytı kimi www.agf.az, Azərbaycanı, onun mədəniyyəti, coğrafiyası, siyasəti, mətbəxi və s. ilə tanış edən ən yaxşı sayt kimi www.museum.musigi-dunya.az, şəxsi sayt kimi www.adaletshukurov.com, ictimai təşkilatların, fondların, partiyaların və birliklərin ən yaxşı saytı kimi www.4uth.az, ana dili üzrə www.azerikitab.az, ən yaxşı dizayn üzrə www.sheyxsefi.az saytı seçilib.
Açar sözlər:


halaldi size hardan tapmisiniz bunlari?
İyul 4, 2008 9:44