EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Mənbə: Yeni müsavat qəzeti
İqtidardaxili qarşıdurmalar şiddətlənir
Ziya Məmmədov və Oqtay Əsədov vurulur, iki şəhərin sakinləri susuz qalır, ölkədə anarxiya yetişir...

Regionların və paytaxtın daxili yollarının çəkilişi, o cümlədən əsaslı təmiri ilə bağlı layihələr Nəqliyyat Nazirliyinin nəzarətindən çıxarılıb. Məlumatlara görə, bu işin icrası yenidən yerli icra hakimiyyəti strukturlarına həvalə olunub. Bu məsələ may ayının 15-də prezidentin yanında həll olunub. Bizdəki bilgilərə görə, prezident həmin gün nəqliyyat naziri Ziya Məmmədovu və “Azəryolservis” şirkətinin prezidenti Cavid Qurbanovu şəxsən qəbul edərək qərarını onlara söyləyib.
Nəqliyyat nazirinə böyük zərbə
Xatırladaq ki, indiyədək yolların təmirini Nəqliyyat Nazirliyinin tabeçiliyində olan “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti həyata keçirirdi. Bu istiqamətdə beynəlxalq maliyyə qurumlarından alınan böyük həcmdə kreditlər, o cümlədən büdcədən ayrılan vəsaitlər sözügedən qurumun rəhbəri Cavid Qurbanov vasitəsiylə Ziya Məmmədovun birbaşa kurasiyasında idi. Hazırda daxili yolların təmiri və tikintisinin yenidən icra hakimiyyəti strukturlarına həvalə olunması həmin vəsaitlərin mənimsənilməsi imkanlarının həm də icra orqanlarına keçməsi deməkdir.
Qeyd edək ki, hökumət yol tikintisi adı altında böyük həcmdə vəsait xərcləyir. Təkcə mayın 10-da Zirə dairəsində açılışı olan - 17 kilometrlik beynəlxalq hava limanınadək avtomobil yoluna 200 milyon manat xərclənib. Son dəyişikliklərdən sonra isə büdcədə tikinti xərcləri 52 faiz artırılıb. Tikinti xərcləri köhnə büdcə üçün 2,857 milyard manat nəzərdə tutulurdusa, indi 4,343 milyard manata qədər çoxaldılıb. Düzdür, hələlik bu vəsaitin nə qədər hissəsinin yolların çəkilişinə sərf ediləcəyi bəlli deyil. Çünki Nazirlər Kabineti müvafiq bölgü aparmayıb. Lakin bu istiqamətdə xərclərin həcmi az olmayacaq. Çünki köhnə büdcə layihəsində nəqliyyata ayrılan vəsatin (77,4 mln manat) 37,1 milyon manatı birbaşa Nəqliyyat Nazirliyinin sərəncamında idi. Bunun da 31,9 milyon manatı avtomobil yolları təsərrüfatı üçün nəzərdə tutulmuşdu. Ötən il isə yalnız dövlət büdcəsi vasitəsiylə yol (körpülər və yol ötrücüləri də daxil olmaqla) layihələrinə 300 milyon manata yaxın sərmayə qoyulub.
Yolların yaxşılaşdırılması adı ilə xaricdən alınan kreditlərin həcminə gəlincə, son illər əsas vəsaitlər nəqliyyat sahəsinə yönəldilir. Aprelin əvvəlinə investisiya layihələri üçün cəlb olunan kreditlər 2 218,8 mln. dollar təşkil edib. Bunun da 471 mln. dolları (18,1%) yol tikintisi və nəqliyyat üçün nəzərdə tutulub.
Nəqliyyat Nazirliyi faktiki ölkədə “Azəryolservis” ASC-nin timsalında avtomobil yollarının planlaşdırılması və maliyyələşdirilməsi sahəsində bütün işləri öz inhisarına alıb. Bu sektorda tamamilə qapalı dairə yarandığını deyən ekspertlərimizdən birinin sözlərinə görə, yol layihələri ilə bağlı məlumat almaq müşkülə çevrilib: “Azərbaycanda yolların qiyməti barədə ətraflı məlumat əldə etmək çətindir. Hətta Nazirlər Kabinetinin yol tikintisinə dair sərəncamları da ictimaiyyətdən gizli saxlanılır. ”Azəryolservis"in nizamnaməsində (sənəd NK-nın 15 noyabr 2007-ci il 180 saylı qərarı ilə təsdiqlənib) qurumun ictimai hesabatlığı barədə hər hansı müəddəa yoxdur".
Baş verən hadisəni müxbirimizə şərh edən siyasi ekspertin fikrincə, bu hadisə hakimiyyətdaxili çəkişmələrin bariz nümunəsidir: “Çəkişmənin bu fraqmentində Ziya Məmmədov uduzub. Onun əlindən böyük bir gəlir sahəsi alınıb və yerli icra hakimiyyətlərinə verilib. Bu sahənin də rəsmi və qeyri-rəsmi sahibi Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyevdir. Görünür, cənab Mehdiyev prezidenti inandırıb ki, rayon və kənddaxili yolların Nəqliyyat Nazirliyinin nəzarətinə verilməsi yanlış olub və yerli icra hakimiyyətlərində narazılıq doğurur. Beləliklə Ramiz Mehdiyev Ziya Məmmədovun üzərində kiçik, amma qiymətli qələbə qazanıb.”
Parlamentin spikeri Prezident Aparatından vurulur
Məlumatı şərh etmək üçün müraciət etdiyimiz tanınmış siyasi ekspert müxbirimizə maraqlı bir bilgi də verib. Onun sözlərinə görə, iqtidardaxili çəkişmələrin daha bir bariz nümunəsi Bakı və Sumqayıt şəhərlərində yaşanan su qıtlığıdır: “Bu hərəkət açıq-aydın şəkildə parlamentin spikeri Oqtay Əsədova qarşıdır. ”Azərsu" şirkətinə əvvəllər uzun müddət o, rəhbərlik edib. Və yaranan borclara görə də əlbəttə ki, onun da məsuliyyəti var. İndi belə bir vəziyyət yaratmaqla, əslində “Sumqayıtelektrikşəbəkə”nin əli ilə vururlar. Həm də diqqətə almaq lazımdır ki, Bakı üzrə yalnız Binəqədi rayonunun su xəttini işlədən elektrik xəttini ayırıblar. Çoxları bilir ki, bu rayonun icra başçısı Alı Qocayev spikerin qudasıdır və Binəqədi birbaşa Oqtay Əsədovun kurasiyasındadır. Spiker ölkəni tərk edən kimi (Oqtay Əsədov hal-hazırda Bolqarıstanda səfərdədir-Red.) onun şirkətində və rayonunda “çp” başladı. Çox düşündürücüdür..."
Ekspert bildirdi ki,çəkişmələrin bu fraqmentinin də arxasında PA rəhbəri dayanır: “Onun spikerlə münasibətləri olduqca pisdir. Cənab Mehdiyevə qarşı iqtidarda açıq şəkildə çıxan və onunla nümayişkaranə şəkildə hesablaşmayan yeganə adam Oqtay Əsədovdur. İndi onu yaman yerdə ilişdiriblər. Əslində isə dövlət qurumları arasında qarşılıqlı borclar bütün sahələrdə var və bu, adi haldır. Zaman keçdikcə, bu borclar Nazirlər Kabineti tərəfindən qarşılıqlı ödənişlərin hesabına silinir. Çünki ”Azərsu"ya da bütün dövlət müəssisələrinin çoxlu borcu var. Lakin məsələ oliqarxlar və iqtidardakı mafiya babaları arasında konfliktlə bağlı olduğu üçün şişirdilib. “
İqtidardaxili çəkişmələrin idarəolunmaz hala gəldiyini və artıq ölkədə dözülməz vəziyyət yaratdığını qeyd edən ekspert bildirir ki, vəziyyət ölkə rəhbəri üçün fəlakətli istiqamətdə inkişaf edir: “İki şəhərin əhalisini seçkiöncəsi susuz qoymaq nə deməkdir? Bunlar bir-birini vura-vura İlham Əliyevə qarşı xalq inqilabı hazırlayırlar”.
Təcili bir gəlişmə olmasa və prezident çəkişmələri dayandıra bilməsə, durumun daha kritik həddə çatacağını qeyd edən ekspert ölkədəki vəziyyətin getdikcə daha çox siyasi müxalifətin xeyrinə işlədiyini söylədi: “Belə getsə, proseslərin özü müxalifəti hakimiyyətə gətirəcək. Daha dəqiq desək, mövcud hakimiyyəti bitirəcək”.
Leyla İSMAYIL

Açar sözlər: