EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
“Məndən tarixdə külliyyat qalacaq, Röyadan nə qalacaq, soyunmaq?”
Bakı. Ülkər Qasımova - APA. Azərbaycanın xalq artisti Flora Kərimovanın APA-ya müsahibəsi
- Bir vaxtlar Siz müğənni Röyanın müdafiəçilərindən biri olmusunuz. İndi isə aranızda ciddi problemlər yaranıb...
- Əvvəllər mən Röyaya inanırdım, daha doğrusu, etirafına inanırdım. Axı o, tez-tez “bilmədim, bu işi gördüm, daha olmayacaq” deyirdi. Mən bu səmimiliyin nəticəsini görmək istəyirdim və düşünürdüm ki, bir-iki düşünülməmiş addıma görə insanı kökündən vurmaq olmaz.

Düşünürdüm ki, bu qızın gələcəyi var, söhbətləri bu şəkildə qabartmağa, onun mahnılarına rəğbət bəsləyənləri ayıltmağa, onu gözdən salmağa ehtiyac yoxdur. Hər qızın ailə, ana perspektivi olmalıdır və mən məhz o perspektivləri qoruyurdum. Həm də Röya sənətdə elə bir insan tərəfindən təhqir olunurdu ki, onun özünün haqqı yox idi Röya haqqında bu sözləri deməyə. Ona mən demişdim ki, əl çəkin, bu cavanlardan. Mən mesaj göndərdim ki, onun hədəfində Röya və ya hansısa bir gənc olacaqsa, qarşısında məni görəcək. İnanmaq istəyirdim ki, bu insan ayrı cürə ola bilər. Olmaq istəyir, indi oldu da belə. Sonra mən başa düşdüm ki, bu Röyanın bir üsuludur, Röyanın irsindən gələn xasiyyətidir. Röya hər halda özü də bilməsə, anası, ailəsi onun soyunun kim olduğunu bilir. Ona görə də mən onun bugünkü varlığına irsi məzmunu kimi baxıram.
- Münasibətlərinizin kəskinləşməsinin səbəbi nədir?
- Bu məsələ “Xalq Parad” verilişində başladı. Bu verilişin aparıcısı qonağı haqqında ənənəvi olaraq rəy sorğusu keçirirdi. Mənim fikrimi də bilmək istədi. Açığı, əvvəl tərəddüd elədim. Düşündüm ki, nə deyim? Deyim ki, gənc bir qız, xoşagəlməz pozada hamının gözü qabağında klip çəkdirdiyi rejissorun atasına sataşaraq, biabırçı halda, yarı sərxoş, yarı hallı vəziyyətdə Azərbaycan qızını təmsil edir? Oxuduğu “Yağış” mahnısının sədaları altında bədən naxışları ilə öyünən Röya Azərbaycanın ismət rəmzidir, bunu deyim? Onun bu görüntüləri bir müddət teleekranlarda və telefonlarda insanların əyləncə predmeti olmuşdu. Həmin verilişdə Röyanı biabır edib bu sözləri demək istəmirdim. Orada əvvəl ona müraciət etdim və bildirdim ki, mən onun analığını, abrını qorumaq istəyirəm. Mən Azərbaycanın abrını qorumaq istəyirəm, çünki bizi təmsil edən hər bir insanın simasında Azərbaycan görünür. Avropanın 43 ölkəsinin təmsil olunduğu “Eurovision” yarışmasında Azərbaycan alnıaçıq çıxış etdi. Hər bir Azərbaycan vətəndaşı dedi ki, bizim başımız ucaldı. Amma Röyanın göstərdiyi efir striptizləri rəzalətdir, xəcalətimizdir. Mən bunu ona başa salmaq istəyirdim, amma o, nə etdi? O mənim meydanlarda olmağımı başıma qaxdı. Mən meydanlarda vətəndaş adını qazanmışam və xalqımın yanında olmuşam. Buna görə çox şeyləri itirmişəm. Bilirsiniz, namus alverə çevriləndə, namusun başında pul dayananda? yazıq o Vətən, yazıq o insan, yazıq o xalq, yazıq o millətə olur... Mənim bütün dediklərim bu nəsihətdən ibarət idi. Bunu bir çox sənətkardan fərqli olaraq dilimə gətirib düşmən qazandım. Röya qıcıqlanır, çünki bunları düşünsə? qazancından olar. Hətta o verilişin aparıcısı da bilir ki, mən bu danışığa bir neçə dəfədən sonra razılıq verdim. Bunun da səbəbi o idi ki, Röyayla görüşəndə üç-dörd dəfə onu başa salmağa çalışdım ki, bu yolla qazandığın çörəyin bərəkəti yoxdur. Ona dəfələrlə “eləmə bunu” dedim. Özünü “krutoy” kimi göstərir. Neçə dəfə yalançı-“krutoy” İlhamənin tərəfindən, həmçinin qəzetlərdə, jurnallarda “krutoy”luğu sındırılan Röya, bu təndiqlərlə barışıb, İlhamənin dilindən qorxaraq onunla sürünə-sürünə sülhə getmişdi. Sənə ağıl öyrədən İlhamə mənimlə savaşda nə qazandı ki, sən də nə qazanasan?! Sənin haran “krutoy”dur? Onun “krutoylar” arasında məxsusi adı var. Bax, budur mənə təsir edən. Mənim övladım Röya yaşındadır. İndiyə kimi övladım haqqında bir adam bir kəlmə deyə bilməz. Alnıaçıq yaşadı, hamı da bilir, hətta düşmənlərim də bunu bilirlər, alnıaçıq da ailə qurdu. Hətta insafsız düşmənlərim mənim ailəmə, mənim üstümə tənə etmək istəyəndə bir barmaq yeri tapmadılar. Qızım dörd il institutda oxudu, heç kim bilmədi ki, o mənim qızımdır. Mən anayam, ona da bir ana kimi “dur, dayan belə eləmə, sən bilərəkdən İlhamənin həyatını təkrar edirsən, mən istəmirəm onun həyatını yaşayasan” dedim.
- Flora xanım, Röya jurnalındakı yazısında bildirib ki, Flora Kərimovanın səsi yoxdur və bağırmaqla hamını aldadır...
- O mənim sənətkarlığımı şübhə altına alıb. Mən ona Bəxtiyar Vahabzadənin sözləri ilə cavab vermək istəyirəm. Hələ 30-40 il qabaq Bəxtiyar Vahabzadə demişdi ki, “50 il Azərbaycana belə səs gəlməyəcək”. 50 il ötüb keçir, ancaq Azərbaycana hələ də bu səs gəlməyib. 50 il əvvəl Bəxtiyar müəllimin dediyi sözləri millət də deyir. O mənim haqqımda deyir ki, bir filmlə yadda qalmışam. O filmin birinci notundan tutmuş, eyvanda oxuduğum nota qədər bir musiqi dünyasıdır, musiqi tarixidir. Elə təkcə “Qayınana” filmi bütün dünyanı gəzdi. O bədbəxt isə ömrü boyu oxusa da, mənim bir notumu belə təkrar edə bilməyəcək. Bundan belə 50 il yaşayıb, yaratdığı, düşündüyü mahnıları mənim “Qayınana” filmində eyvanda oxuduğum “Dilbərim” ariyasına, elə sonuncu oxuduğum “Sənə güvəndiyim dağlar, sənə də qar yağarmış” mahnısına bərabər olmayacaq. Məndən tarixdə külliyyat qalacaq, ondan nə qalacaq, soyunmaq? Müğənni kimi o, səsi və ifası haqqında ali savadlı sənətkarın rəyini eşitmək məcburiyyətindədir. Mən ona deyirəm ki, artıq səsi laxlayıb, xüsusən musiqi cümlələrini uzadanda. 40 yaşına çatanda o bu səslə nə edəcək? Laxlayan səs sənətdə qəbul olunmayan və bərbad səs sayılır. Düzdür, Röya monoton oxuyur, ancaq ürəklə oxuyur. Röyanın səsi belədir, bir az sonra o, səsini cilovlayıb ona sahib ola bilməyəcək. O mənim oxumağımı bağırmaq adlandırıb, axı bağırmağa onun heç musiqi imkanı yoxdur. Ağılı bunu anlayan insanlara verərlər, onun kimi ağılsızlara ağıl öyrətmək əbəsdir. O, qadın, insan, övlad kimi artıq gözdən düşüb, müğənni kimi də gözdən düşəcək. O, Azərbaycanın namusuna meydan oxuyur? Röya bir vaxtlar tənhalıqda dizlərini qucaqlayıb hönkür-hönkür ağlayanda, mənim bu gün dediklərimi yadına salacaq. Amma onda gec olacaq. Çox heyiflər olsun ki, mən musiqi taleyimi onun kimilərə qurban verdim.
- Röya Sizi 5 dəfə rəsmi ailə həyatı qurmaqda da ittiham edib...
- Röyanın riyaziyyatda heç ibtidai səviyyədə də savadı yoxdur. Hər qadını lap onun dediyi kimi 5 kişi qanuni olaraq özünə həyat yoldaşı, övladlarına ana eləmir. Amma o, bir dəfə də kiminsə evinin xanımı ola bilməyəcək. 27 yaşına çatıb, ancaq onun qeyri-rəsmi münasibətlərini sayıb qurtarmaq olmur, mən hələ özünün sadaladıqlarını nəzərdə tuturam. Onun ailə üzvləri guya bilmirlər ki, bu çörək necə qazanılır? İçir, ya da hansısa zəhrimarı qəbul edir, özündən xəbəri olmur, sonra da biabırçı pozalarda şəklini çəkən insanları məhkəməyə verir. O vəziyyətə düşmə, şəklini də çəkməsinlər. Birinci addımından sənətkarlar sırasında səhnəyə çıxan mən buna necə dözüm? Mən Şövkət Ələkbərova, Rəşid Behbudov, Bülbüllə birgə səhnəyə çıxmışam. Röya neyləyib? Məni bir müğənni kimi sevib-sevməmək olar, ancaq ondan başqa kimsəni görmədim ki, mənim sənətimi inkar edəcək qədər şərəfsiz olsun, hətta düşmənlərim belə...
- Sizcə, bu nəsillər arasında əzəli, əbədi mövcud olan anlaşılmazlıq, qısqanclıq deyil ki?..
- Röya dəyişə bilərdi. Amma bu imkanı itirdi. Azərbaycan hər bir insanın, o cümlədən mənim namusumdur və mən erməni saytlarında Röyanın biabırçı şəkillərini görəndə və ona yazılan şərhləri oxuyanda, bağrım çatlayır. Bəlkə də bütün mübarizə dövrümdə basqılar altında olanda, bu boyda əziyyət çəkmirdim. Düşünürəm və düz də düşünürəm ki, bu bəladır, bu yoluxucu xəstəlikdir. Hələ tam formalaşmamış cavanları yoluxdurmaq təxribatıdır. Cavan insan bu gün özünü açıbsa və açıq-saçıq bir qadına meyl bəsləyirsə, bunlardan nə vətəndaş, nə döyüşçü olacaq? Mən bu işə qlobal baxıram. Nə vaxtsa belə hərəkətlər media, teleşirkətlər, hakimiyyət tərəfindən sükutla qarşılanırdısa, pul naminə təbliğ olunurdusa, indi artıq belə deyil, yetərincə qadağalar qoyulur. Röya və onun simasında bu yola əl atan qadınların bu hərəkətindən tək mən yox, sənətkarlar, insanlar, vətəndaşlar narahatdır. Röyanın lüt bədənini millətdən, ailə üzvlərindən, övladlarından utanmayaraq tərifləyənlər də, elə onun qədər nifrət qazanırlar.

Açar sözlər: