EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Mayın 30-u saat 14-də Səbail Rayon Məhkəməsində Müsavat Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinə qarşı iddiası üzrə hazırlıq iclası keçiriləcək. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı «Media forum» saytına deyib ki, iddiada Bakı meriyasının Müsavatın mayın 4-də keçirmək istədiyi mitinqə müvafiq yer ayrılmaması ilə bağlı qərarının qanunsuz sayılaraq ləğv olunması tələb edilir. Müsavat mayın 4-nə və 18-nə planlaşdırdığı iki mitinqi təxirə salıb. Buna Bakı meriyasının aksiyaçıları Bibiheybət qəsəbəsindəki stadiona göndərmək istəməsi olub. Partiya mitinqə Ukrayna meydanı, keçmiş «Qələbə» kinoteatrının qarşısı, «Nərimanov» metrostansiyasının ətrafı, Füzuli meydanı və ya «Təbriz» (keçmiş «Sevinc») kinoteatrının qarşısındakı ərazilərdən birinin ayrılmasını istəyirdi.
A.Hacılının sözlərinə görə, Bakı Şəhər İcra Hakimiyyəti 18 may mitinqi ilə bağlı da məhkəməyə veriləcək: «Artıq sənədlər hazırlanır». Mitinqlərə müvafiq yer ayrılmamasından narazı qalan partiya sanksiyalaşdırılmamış kütləvi aksiyaları da gündəmə gətirib. Müsavat Divanının mayın 19-da keçirilən iclasında bu məsələ müzakirə olunub və partiyanın yerli strukturları ilə məsləhətləşmələrə qərar verilib.
Mənbə: «Media forum»
Açar sözlər:

