EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Əhəd Əhmədovla bağlı məhkəmə prosesi qalmaqallı keçəcək
Milli Məclis üzvünün tutdurduğu şəxslər ibtidai istintaqa son dərəcə sensasion faktlar açıqlayıblar
Xəbər verdiyimiz kimi Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə deputat Əhəd Əhmədovu şantaj edərək ondan pul istəyən və onun evindən qiymətli əşyalar, həmçinin pul oğurlamaqda təqsirləndirilən 5 nəfərin işi üzrə məhkəməyə hazırlıq iclası keçirilib.

İttihama görə, “Azərbaycan Cumhuriyyəti” qəzetinin təsisçisi Nüsrət Rəhimov “Mühakimə” qəzetinin təsisçisi, “Yazıçı” nəşriyyatının direktoru Şəmsi Mirzəyev (Vəfadar) və deputatın bacanağı, Az.TV-nin keçmiş bölgə müxbiri Rza Pənahovla əlbir olaraq onu şantaj etməklə külli miqdarda pul tələb ediblər. Bəri başdan qeyd edək ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi İstintaq Şöbəsinin müstəntiqlərinin apardıqları ibtidai istintaq zamanı N.Rəhimov cinayətini etiraf etsə də, digər iki təqsirləndirilən - Şəmsi Vəfadar və Az.TV-nin İmişli rayonu üzrə bölgə müxbiri olmuş Rza Pənahov ittihamla razılaşmayıblar. Digər iki şəxs - deputatın qohumları olan Zabil və Zahid Muradovlar Ə.Əhədovun evindən oğurluq və narkotik maddələrdən istiafdəyə görə müttəhimlər kürsüsünə otuzdurulublar.
Sürücüsü ilə həyat yoldaşı deputatı döyüblər?
Nüsrət Rəhimovun ibtidai istintaqa verdiyi ifadəsindən bəlli olur ki, bu il yanvarın əvvəlində Şəmsi Vəfadar onu yanına çağıraraq deputat Əhəd Əhmədovun həyat yoldaşının bir çox şəxslərlə, həmçinin onun sürücüsü ilə intim əlaqədə olması barəsində məlumat verib. Əlavə edib ki, deputat məsələdən xəbər tutanda sürücü ilə həyat yoldaşı onu döyüblər. N.Rəhimov məlumatı alandan sonra Ə.Əhmədova müraciət edib. Sonuncu isə onu görüşə çağırıb. Görüş zamanı deputatın yanında Füzuli adlı şəxs və başqa bir nəfər olub. İlk söhbətdəcə Ə.Əhmədov xəbərin mənbəyi ilə maraqlanıb. Lakin N.Rəhimov mənbəni açıqlamayıb. Görüşdən sonra deputatın yanında olan şəxslər N.Rəhimovu güdüblər. N.Rəhimov Ə.Əhmədovun ofisindən çıxaraq Şəmsi Vəfadarın ofisinə gedib və onlar birgə sonuncunun “JEEP”ində “Qələbə” kinoteatrının yaxınlığındakı benzindoldurma məntəqəsinə yollanıblar. Ə.Əhmədovun adamları məlumatı verənin Ş.Vəfadar olmasından şübhələniblər. Növbəti görüş zamanı Ə.Əhmədov məlumatın ona Ş.Vəfadarın verdiyini desə də, N.Rəhimov bunu inkar edib. Bir neçə gün sonra isə Ə.Əhmədovun vəziyyəti pisləşib və onu Mərkəzi Kliniki Xəstəxanaya yerləşdiriblər.
Deputat Nüsrəti xəstəxanaya dəvət edərək bir daha xəbərin mənbəyi ilə maraqlanıb. N.Rəhimov isə yenə də mənbəni açıqlamayıb. Palatadan çıxdıqda isə BMCMİ-nin əməkdaşları onu yaxalayıblar və cibindən deputatın verdiyi 1500 dolları götürərək həbs ediblər. İlkin dindirmə zamanı N.Rəhimov deputatla bağlı məlumatı ona Şəmsi Mirzəyevin verdiyini açıqlayıb.
Deputatın ailəsi kirayədə yaşayırmış?
Bundan sonra Şəmsi Mirzəyev də həbs edilib. O, ifadəsində bildirib ki, bir müddət əvvəl Əhəd Əhmədovun bacanağı Rza Pənahov qardaşı Ağa ilə onun ofisinə gəliblər. Söhbət əsnasında R.Pənahov işdən çıxarıldığını deyib. Ə.Əhmədov söz versə də, onun işinə bərpa olunmasına köməklik etməyib. Bu səbəbdən də Sumqayıtdakı mağazasını satıb və qəzet buraxmaq istədiyini deyib. Həmin vaxt R.Pənahovun telefonuna zəng gəlib. Danışığı eşitdiyindən R.Pənahovun kiməsə pul borclu olduğunu başa düşüb. Danışıb qurtarandan sonra R.Pənahov Ş.Mirzəyevə deyib ki, onunla danışan Milli Məclisin deputatı olan bacanağı Əhəd Əhmədovun həyat yoldaşıdır. Ə.Əhmədov onu 2 uşağı ilə qovub və onlar kirayədə yaşayırlar. Həmçinin bildirib ki, baldızına 1600 dollar pul borcludur və o, kirayə pulunu ödəmək üçün pulunu istəyir.
“Əhəd əvvəllər maşın yumaqla dolanırdı”
Şəmsi Mirzəyevin ifadəsinə görə, bu söhbət olan zaman Nüsrət Rəhimov da ora gəlib və deputatın bacanağının sözlərini eşidib: “Rza dedi ki, bacanağı hazırda böyük imkan sahibidir, lakin ona işinə bərpa olunmasına kömək etmir. Vaxt vardı ki, Əhəd maşın yuyub özünü dolandırırdı. Deputat olandan sonra isə rayonlarda şərab zavodlarını alıb, söküb satıb. İmkan əldə edəndən sonra qohum-əqrəbanı saya salmır. Hətta həyat yoldaşına şər atıb ki, guya 200-dən artıq adamla intim əlaqədə olub. Həmin adamların siyahısını polisə təqdim eləyib. Mənim və qardaşım Ağanın, digər qohumların da guya onun arvadı ilə intim əlaqədə olmağımız barədə Əhəd şayiə yayır. Biz onun başına hava gəldiyini fikirləşirik”.
Bundan sonra Pənahovlar ofisi tərk ediblər.
N.Rəhimov isə Ş.Mirzəyevə deyib ki, bu barədə qəzetində məqalə yazmaq istəyir. Ona görə də deputatla əlaqə saxlayaraq bir qədər əvvəl eşitdiyi xəbərlərə onun münasibətini soruşub: “Nüsrət Əhəd Əhmədova şərab zavodlarını söküb satması, dövlət əmlakını talan etməsi barədə eşitdiklərini yazmaq istəməsini dedi. O isə nümayəndəsini Nüsrətin görüşünə göndərdiyini bildirdi”.
Bu söhbətdən bir neçə gün sonra R.Pənahov Ş.Mirzəyevlə əlaqə saxlayaraq Ə.Əhmədovla bağlı qəzetində məqalə verib-verməməsi ilə maraqlanıb: “Rzaya dedim ki, belə bir məqalə dərc etməmişəm və soruşdum ki, niyə bununla maraqlanır. Cavab verdi ki, hansısa qəzetdən bacanağı ilə əlaqə saxlayıblar və bundan sonra yenidən ailədə münaqişə qızışıb. Əhədin vəziyyəti pisləşib və onu xəstəxanaya aparıblar”.
Yanvarın 22-də N.Rəhimov Ş.Mirzəyevin ofisinə gedərək Ə.Əhmədovun adamlarının onu “Qurd qapısı” restoranına dəvət etdiklərini bildirib. Əlavə edib ki, o, dəvəti qəbul etməyib. Bildirib ki, deputatın onun üçün qurğu qura biləcəyindən ehtiyatlanır. Buna baxmayaraq, iki gün sonra N.Rəhimov Ə.Əhmədovun müalicə olunduğu xəstəxanaya gedib və bir qədərdən sonra onun həbs edilməsi xəbərini işçisi Ramin zəng edərək Ş.Mirzəyevə deyib.
“Əhəd taxıl əkdirir, çaxır zavodu işlədir”
Deputatın bacanağı Rza Pənahov ibtidai istintaqa verdiyi ifadəsində göstərib ki, Əhəd Əhmədov deputat seçilənə qədər bacanaq kimi normal münasibətləri olub. Bayramlarda, ad günlərində görüşüblər. Sonradan isə Əhmədovun hərəkətləri aralarındakı münasibətlərin korlanmasına gətirib çıxarıb. Yanvar ayında isə Səməd adlı şəxsdən aldığı “Bizim Şərh” qəzetinə ofis kirayələmək üçün Ş.Mirzəyevin ofisinə gəlib. Həmin vaxt arvadı ona zəng edib. Bundan sonra Şəmsi Vəfadar nə baş verdiyini ondan soruşub və o, əsəbi halda bacanağı, Milli Məclisin deputatı Əhəd Əhmədovun arvadını boşamaq istəməsini deyib. Ə.Əhmədovun deputatlıq fəaliyyətilə bir araya sığmayan işləri -taxıl əkdirməsi, çaxır zavodu alıb işlətməsi barədə məlumatları ona verərək qəzetində məqalə verməsini xahiş edib.
Deputat arvadını MTN-nə apartdırıb?
Bundan sonra Rza Pənahov həyat yoldaşı ilə görüşmək üçün “20 yanvar” dairəsinə gedib: “Orada görüşüb qaynım Vahidin oğlu Cahidə zəng etdim. O da gəlib bizi Əhədin arvadının Keşlədə kirayədə yaşadığı ünvana apardı. Əhədin arvadının sözlərindən bildik ki, aralarında yaşanan münaqişəyə görə təxminən ay yarım dayısı oğlu Asifin evində yaşayıb. Hazırda isə Asifin baldızı Elmiranın Keşlədə kirayədə yaşadığı evində qalır. Vəsilədən evindən çıxması, Əhədin onu boşamaq istəməsinin səbəbləri ilə maraqlandım. Dedi ki, Əhəd onun bir neçə qohumları ilə, o cümlədən əmisi oğlu Urfani ilə, qaynı oğlu Zahidlə, əmisi uşaqları ilə, mən və qardaşım ilə yaxın olmasından şübhələnib. Onu təqib etməyimiz, yoldaşı ilə əlaqədə olmağımız barədə Milli Təhlükəsizlik Nazirliyinə şikayət edib. Bundan sonra Vəsilənin həmin adamlarla əlaqədə olmasını etiraf etməsi üçün onu da həmin nazirliyə aparıblar. Əhədin həmin hərəkətlərinə görə Vəsilə evdən çıxıb. Söhbət zamanı digər bacanağım Nizami, Akif və Əhədin qohumu Elman da orada idi. Onlar da baş vermiş bu xoşgəlməz hadisədən təəssüfləndiklərini dedilər”.
Vəsilə Əhmədovanı dinlədikdən sonra R.Pənahov Ş.Mirzəyevlə əlaqə saxlayaraq verdiyi məlumatları dərc etməməsini ona tapşırıb. Özü isə Ə.Əhmədovla söhbət etmək üçün onun evinə yollanıb: “Əhəd və dayısı Qəzənfər evdə idilər. Əhəd məni görəndə ayağa qalxıb üstümə yeridi. Dayısı Qəzənfər bunu görüb evdən çıxmağıma işarə etdi. Əhəd deyirdi ki, guya ədəbsiz formada yoldaşı ilə əlaqədə olmuşam və məni evdən qovdu”.
Tanınmış şairlər Nəriman Həsənzadə və İlyas Tapdıq deputatdan nə xahiş ediblər?
Nüsrət Rəhimov deputatdan 3 min dolları nə üçün tələb edib?
Şəmsi Vəfadar polisə çağırılmamışdan əvvəl Əhəd Əhmədovun ailəsi barədə onda şok faktların olduğunu kimə deyib?
Deputatın əmisi nəvəsi onu kimin şəkillərilə şantaj edirmiş?
Deputat bacanağını hansı səbəbdən həbs etdirib?
Əhəd Əhmədov bizneslə məşğul olduğunu etiraf edib?
Deputatın evindən 700 min dollar oğurlanıb?
Bu və digər sualların cavabını sabahkı sayımızda öyrənə bilərsiniz.
Bizi izləyin.
Cavad CAHANGİRLİ

Açar sözlər: