EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Potensial Sumqayıt Mütəxəssislər Birliyi (Potensial SMB) iyun ayının 28-də Birliyin ofisində Norveç səfirliyinin maliyyə dəstəyi və Avrasiya Əməkdaşlıq Fondunun tərəfdaşlığı ilə həyata keçirdiyi "Sumqayıt şəhərində əlil və evdar qadınların prezident seçkisində iştirakının təşviqi” layihəsi çərçivəsində “Prezident seçkisində iştirak etmək konstitusion hüququmuz və vətəndaşlıq borcumuzdur” mövzusunda seminar keçirilmişdir. Seminarda Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən QHT və icma əməkdaşları iştirak etmişlər. Seminarı Birliyin sədri, dos. Sahib Fərzəliyev açaraq həyata keçirilən layihə çərçivəsində görülən işlər və seminarın məqsədi barədə qısa məlumat verdi. O, daha sonra qeyd etdi ki, ölkə ictimaiyyəti çox mühüm bir ictimai-siyasi hadisə - prezident seçkisi ərəfəsindədir. Seçkilərin azad, ədalətli və şəffaf olmasının əsas yollarından biri seçki hüququ olan vətəndaşların seçki prosesində fəal iştirakından asılıdır. Seçki hüququ olan vətəndaşların xeyli hissəsi, əsasən də evdar qadınlar, əlil qadınlar seçki proseinə o qədər də maraq göstərmirlər. Çox vaxt isə hətta seçki günündə səsvermədə iştirak etmirlər. S. Fərzəliyev daha sonra seçki prosesində fəal iştirakçılığın əhəmiyyətindən, vətəndaş cəmiyyəti qurumlarının seçki prosesində iştirakçılığın artırılmasında istiqamətində görə biləcəyi işlər barədə ətraflı çıxış etdi.Layihənin koordinatoru Feyruz Şivəxanov Seçki qanunvericiliyinin əsas mahiyyəti, seçki prosesinin əsas mərhələləri, seçkilərdə müşahidəçiliyin mexanizmi, sağlamlıq imkanları məhdud olan insanların seçkidə iştirak imkanları, seçkidə fəal iştirakın vacibliyi və ictimai əhəmiyyəti barədə çıxış etdi. Tədbir iştirakçıları çıxışlardan sonra mövzu ətrafında müzakirələrdə fəal iştirak edərək seçki prosesi barədə maarifçilik işinin əhəmiyyətini və vacibliyini, eyni zamanda, hər bir tədbir iştirakçısı öz fəallarının köməyi ilə əlil və evdar qadınları seçki prosesində, əsasən də səsvermə günündə fəal iştirakçılığa dəvət edəcəklərini qeyd etdilər. Qeyd edək ki, Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır.Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 20-dən çox layihə icra etmişdir. Birliyin icra еtdiyi layihələr çərçivəsində həyata kеçirdiyi tədbirlər və əldə еtdiyi nailiyyətlər barədə ətraflı məlumatla Birliyin saytında (http://pss.aznet.org) tanış оlmaq оlar. Civil Society Project is the United States Agency for International Development’s 5-year initiative, implemented by Counterpart International in partnership with Urban Institute and International Center for Not-for-Profit Law (ICNL). |
Civil Society Project is the United States Agency for International Development’s 5-year initiative, implemented by Counterpart International in partnership with Urban Institute and International Center for Not-for-Profit Law (ICNL). |
Açar sözlər:

