Reklam verin!
EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Mənbə: Yeni Müsavat “Fövqəlnazir” telekanal sahibi oldu “Space”nin rəhbərliyi dəyişdirilir Hakimiyyət daxilində gedən əmlakın yenidən bölüşdürülməsi prosesi artıq Əliyevlər ailəsinin öz içərisində həyata keçirilir. Mərhum Heydər Əliyevin qardaşı, akademik-deputat Cəlal Əliyevin, qızı Sevil Əliyevanın, digər qardaşı Aqil Əliyevin nəzarətində olmuş mülklər və biznes strukturları ailənin başqa üzvlərinin sərəncamına verilməkdədir. Son vaxtlar isə hədəfdə daha çox S.Əliyevadır. 2007-ci ilin sonlarında ölkəyə qayıtması və fəallaşması ona ciddi problemlər yaradıb. S.Əliyeva Bakıda məşhur “Çhorapd” mağazalar şəbəkəsinin nümayəndəliyini açandan və ictimai fəaliyyətini qismən də olsa bərpa edəndən sonra onun ətrafında maraqlı proseslər gedir. Hələ bir müddət öncə ölkə mətbuatında “Space” kanalının Sevil Əliyevadan alınacağı barədə məlumat getmişdi. Lakin telekanalın kimin sərəncamına veriləcəyi bəlli deyildi. Bunun ardınca xanım Əliyevanın nəzarətində olan “Baku Steel Company” şirkətini ondan alaraq başqa adamların himayəsinə verdilər. Bugünlərdə isə “Space”in artıq S.Əliyevanın nəzarətindən çıxarılması barədə məlumat almışıq. Hakimiyyətə yaxın mənbədən verilən xəbərə görə, kanalın qeyri-rəsmi kuratorlugunu fövqəladə hallar naziri Kəmaləddin Heydərova tapşırıblar: “Heydərov telekanalın maliyyələşməsini həyata keçirəcək və ən əsası siyasətini müəyyənləşdirəcək. Kanalın hazırkı kursu iqtidarı qane etmir”. Qaynağın deməsindən aydın oldu ki, “fövqəlnazir” ilk növbədə “Space”nin rəhbərliyində dəyişikliklər etməyi qərara alıb: “Telekanal yenidən başqa bir adamın adına qeydiyyatdan keçirilib. Sevil Əliyeva təsisçilikdən kənarlaşdırılıb. Faktiki olaraq, onun kanala heç bir təsir imkanı qalmayıb. Yaxın günlərdə Vaqif Mustafayev ”Space"nin rəhbərliyindən uzaqlaşdırılacaq, onun yerinə başqa bir adam gətiriləcək. İlkin məlumatlara görə, televiziyaya Baba Vəziroğlunun rəhbər təyin edilməsi planlaşdırılıb. Düzdür, Baba Vəziroğlu bu xəbəri təkzib edib, amma bu, tamamilə real məsələdir. Əgər ortaya başqa bir iddiaçı çıxmasa, heç şübhəsiz ki, kanalın yeni rəhbəri o olacaq". Maqsud MAHRIZLI
Bookmark and Share

Açar sözlər:

Yazar: EYV-AZ | Tarix: İyul 8, 2008 18:03 | gündəm | Şərhlər(0) | Baxış sayı: 78

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha