EYVAZ>>Effektiv Yayim Virtual AZerbaycan
Potensial Sumqayıt Mütəxəssislər Birliyi (Potensial SMB) iyul ayının 12-də Birliyin ofisində Norveç səfirliyinin maliyyə dəstəyi və Avrasiya Əməkdaşlıq Fondunun tərəfdaşlığı ilə həyata keçirdiyi "Sumqayıt şəhərində əlil və evdar qadınların prezident seçkisində iştirakının təşviqi” layihəsi çərçivəsində “Prezident seçkisində iştirak etmək konstitusion hüququmuz və vətəndaşlıq borcumuzdur” mövzusunda növbəti seminar keçirilmişdir. Seminarda Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fəaliyyət göstərən QHT və icma əməkdaşları iştirak etmişlər.Seminarı Birliyin sədri, dos. Sahib Fərzəliyev açaraq həyata keçirilən layihə çərçivəsində görülən işlər və seminarın məqsədi barədə qısa məlumat verdi. S.Fərzəliyev daha sonra seçki prosesində fəal iştirakçılığın əhəmiyyətindən, vətəndaş cəmiyyəti qurumlarının seçki prosesində iştirakçılığın artırılmasında istiqamətində görə biləcəyi işlər barədə ətraflı çıxış etdi.
Layihənin hüquqşünası Anar Qasımov seçki hüququ, seçki prosesinin mərhələləri, seçkilərdə müşahidəçilik, sağlamlıq imkanları məhdud olan insanların seçkidə iştirak imkanları, seçkidə fəal iştirakın vacibliyi və ictimai əhəmiyyəti barədə çıxış etdi.
Tədbir iştirakçıları çıxışlardan sonra mövzu ətrafında müzakirələrdə fəal iştirak edərək seçki prosesi barədə maarifçilik işinin əhəmiyyətini və vacibliyini, eyni zamanda, hər bir tədbir iştirakçısı öz fəallarının köməyi ilə əlil və evdar qadınları seçki prosesində, əsasən də səsvermə günündə fəal iştirakçılığa dəvət edəcəklərini qeyd etdilər.
Qeyd edək ki, Pоtеnsial Sumqayıt Mütəхəssislər Birliyi 1998-ci ildə yaradılmış, 27 may 2000-ci ildə müstəqil qеyri-hökumət təşkilatı kimi rəsmi dövlət qеydiyyatına alınmışdır.
Birlik 1999-cu ildən beynəlxalq təşkilatlarla əməkdaşlığa başlamış və onların dəstəyi ilə Sumqayıt şəhəri və ölkənin digər regionlarında 20-dən çox layihə icra etmişdir. Birliyin icra еtdiyi layihələr çərçivəsində həyata kеçirdiyi tədbirlər və əldə еtdiyi nailiyyətlər barədə ətraflı məlumatla Birliyin saytında (http://pss.aznet.org) tanış оlmaq оlar.

Açar sözlər: