Navigation


RSS: Yazılar



Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək

Avqust 31, 2008 9:25, ən son xəbər, EYV-AZ, Şərhlər(0)

Türkiyə və Rusiya mənbələrinin yaydığı bu məlumata rəsmi Ankara hələ heç bir reaksiya verməyib 

Türkiyə Prezidenti Abdullah Gül sentyabrın 6-da Yerevana gedəcək. Lent.az-ın Türkiyə və Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, cənab Gül erməni həmkarının dəvətini qəbul edib və sentyabrın 1-də Türkiyədən Gülün təhlükəsizlik məsələlərinə məsul olan ilk qrup Ermənistan paytaxtına yola düşəcək. 


 Davamı...
Baxış sayı: 347
Açar sözlər:


Qubadlının işğalından 15 il ötür

Avqust 31, 2008 9:21, Cəmiyyət, EYV-AZ, Şərhlər(0)

Avqustun 31-də Qubadlı rayonunun erməni işğalçıları tərəfindən zəbt olunmasından 15 il ötür. Azərbaycanın cənub-qərbində, Zəngəzur dağları ilə Dağlıq Qarabağ silsiləsinin arasında 35 km uzunluğunda Ermənistanla sərhəddə yerləşən Qubadlı rayonunun ümumi sahəsi 80250 hektardır.
 Davamı...
Baxış sayı: 247
Açar sözlər:


Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev vəfat edib

Avqust 30, 2008 12:35, ən son xəbər, EYV-AZ, Şərhlər(0)

Azərbaycan Prezidentinin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdir müavini Nazim İsayev vəfat edib. APA-nın məlumatına görə, N. İsayev avqustun 29-da 49 yaşında dünyasını dəyişib.

 Davamı...
Baxış sayı: 331
Açar sözlər:


Azerbaycan, Ermenistan’la barış istiyor

Avqust 27, 2008 22:32, Cəmiyyət, EYV-AZ, Şərhlər(0)

Türkiyənin RADİKAL qəzetinin yazarı Murat Yetkinin 27 avqustda yazısının sizlər üçün maraqlı olacağını düşünərək bloqa yerləşdiririk.

 myetkin@radikal.com.tr

Azerbaycan’ın Ankara Büyükelçisi Zakir Haşimov, Türkiye’nin Kafkaslar İstikrar ve İşbirliği Platformu önerisine olumlu baktıklarını, ancak bunun nasıl uygulanacağını saptamak için ayrıntılı görüşmelere ihtiyaç duyduklarını söyledi.
Haşimov bu ayrıntıların neler olduğu konusuna girmek istemiyor. Ancak Bakü’nün asıl sorununun Ermenistan’ın Dağlık Karabağ bölgesini ve ayrıca Karabağ bölgesi dışında Azerbaycan toprağı Şuşa-Laçin bölgelerini 1992’den bu yana işgal altında tutması olduğu biliniyor.

 Davamı...
Baxış sayı: 284
Açar sözlər:


Prezident sosial müavinətləri artırdı

Avqust 27, 2008 21:41, Cəmiyyət, EYV-AZ, Şərhlər(0)

Azərbaycan Prezidenti İlham Əliyev bu gün sosial müavinətlərin və uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən müavinətin artırılması haqqında fərman imzalayıb. Bu barədə Lent.az-a Prezidentin mətbuat xidmətindən məlumat verilib.

Fərmanla sosial müavinətlərin məbləği artırılaraq, aşağıdakı kimi müəyyən edilib:

 Davamı...
Baxış sayı: 348
Açar sözlər:


EMİN HÜSEYNOVUN İDDİASINA APELLYASİYA MƏHKƏMƏSİNDƏ BAXILACAQ

Avqust 26, 2008 23:40, Mətbuat, EYV-AZ, Şərhlər(1)

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) sədri Emin Hüseynovun polis təzyiqinə məruz qalması ilə bağlı Daxili İşlər Nazirliyi, Nəsimi rayon Polis İdarəsi və Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinə qarşı qaldırdığı iddianın icraata götürülməməsi ilə bağlı şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
 Davamı...
Baxış sayı: 343
Açar sözlər:


ƏFV OLUNANLARIN SİYAHISI

Avqust 26, 2008 23:23, gündəm, EYV-AZ, Şərhlər(0)

Bu gün prezident İlham Əliyevin imzaladığı fərmanla əfv olunan 96 nəfərin 76-sı azadlıqlan məhrumetmə cəzasına məhkum edilən və hazırda həbsdə yatan şəxslər, 4-ü azadlıqdan məhrumetmə cəzasına məhkum edilən, amma cəzasının çəkilməsi təxirə salınan şəxslər, 10-u azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilənlər, 3-ü islah işləri cəzasına məhkum edilmiş şəxslər və daha 3 nəfəri cərimə cəzasına məhkum edilənlərdir. «Media forum» saytı əfv olunanların tam siyahısını təqdim edir.

Cəzanın çəkilməmiş hissəsindən azad olunan dustaqlar

 Davamı...
Baxış sayı: 263
Açar sözlər:


Rəsmilər dindarların saqqallarının qırxılmasını təkzib edir

Avqust 26, 2008 23:21, Cəmiyyət, EYV-AZ, Şərhlər(0)

«Əbu Bəkr» dindarlarının saqqallarının qırxılması barədə məlumatlar həqiqətə uyğun deyil». Həm Daxili İşlər Nazirliyi, həm də Respublika Prokurorluğu «Əbu Bəkr» dindarlarına təzyiqlərlə bağlı yayılmış xəbərləri təkzib edərkən belə deyiblər.
 Davamı...
Baxış sayı: 224
Açar sözlər:


“BarKamp Azərbaycan-2008”ə hazırlıqlar başa çatır

Avqust 25, 2008 21:01, Cəmiyyət, EYV-AZ, Şərhlər(0)

Avqustun 29-31-də Lənkəranda keçiriləcək “BarKamp Azərbaycan-2008” qeyri-Konfransına hazırlıqlar başa çatır. Tədbirdə iştirak etmək üçün 150-dən çox iştirakçı qeydiyyatdan keçib. Azərbaycanın İKT Mərkəzindən Lent.az-a verilən məlumata görə, tədbirdə hər bir iştirakçı onu maraqlandıran mövzuları qabartmaq, öz təqdimatı ilə çıxış etmək, İT və Müasir Mediaya həsr olunmuş 40-a yaxın təqdimatı dinləmək, sosial tipli kiçik layihələri üçün mini-qrandlar qazanmaq imkanı əldə edəcək.
 Davamı...
Baxış sayı: 220
Açar sözlər:


Minimum əməkhaqqı və pensiyalar artırıldı

Avqust 25, 2008 21:00, Cəmiyyət, EYV-AZ, Şərhlər(0)

Sentyabrın 1-dən minimum aylıq əməkhaqqının və əmək pensiyasının baza hissəsinin məbləği 75 manat təşkil edəcək

Prezident İlham Əliyev, minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

 Davamı...
Baxış sayı: 300
Açar sözlər:


Bakıda atışma oldu

Avqust 12, 2008 21:05, Kriminal, EYV-AZ, Şərhlər(0)

Bu gün saat 17.00 radələrində Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində qəsəbə sakini, uzun müddət axtarışda olan Zülfüqar Cabbarovun tutulması üçün əməliyyat keçirilib. Davamı...
Baxış sayı: 369
Açar sözlər:


Rusiya Gürcüstana ikinci cəbhə açdı

Avqust 11, 2008 21:14, Dünya, EYV-AZ, Şərhlər(0)

Abxaziyadan irəliləyən rus qoşunları Senaki və Zuqdidi şəhərlərini tutdu

Rusiya Gürcüstana qarşı ikinci cəbhə açıb. Lent.az-ın xəbərinə görə, Gürcüstan Xarici İşlər Nazirliyi rus qoşunlarının Abxaziya istiqamətindən ölkənin içərilərinə doğru 40 kilometr irəlilədiyini və Senaki şəhərini işğal etdiyini bəyan edib.

 Davamı...
Baxış sayı: 442
Açar sözlər:


Tbilisi-Bakı marşrutu üzrə reyslər ləğv olunub

Avqust 10, 2008 23:03, gündəm, EYV-AZ, Şərhlər(0)

Tbilisi-Bakı marşrutu üzrə təyyarə reysləri ləğv olunub. Bakı aeroportunun məlumat bürosundan «Azadlıq» radiosuna belə deyilib. Məlumat bürosundan addımın səbəblərini açıqlamayıblar.  Davamı...
Baxış sayı: 337
Açar sözlər:


Gürcüstan atəşkəs elan etməsi haqqında notanı Rusiyaya təqdim edib

Avqust 10, 2008 22:53, gündəm, EYV-AZ, Şərhlər(0)

Gürcüstanın Xarici İşlər Nazirliyi atəşkəs elan etməsi ilə bağlı notanı Rusiyanın Tiflisdəki səfirliyinə təqdim edib. APA-nın Exo Moskva radiosuna istinadən verdiyi xəbərə görə, notada Cənubi Osetiyadakı gürcü əsgərlərinin atəşkəs elan etdikləri qeyd olunub. Sənəddə həmçinin qeyd olunub ki, müharibə bölgəsində bütün silahlı qoşun növlərinin geri çəkilməsi zəruridir. Gürcüstan həmçinin yaralıların və mülki əhalinin hərbi bölgədən çıxması üçün humanitar dəhliz açdığını qeyd edib. Davamı...
Baxış sayı: 276
Açar sözlər:


Rusiya hərbi gəmiləri Abxaziyanın Oçamçira limanına daxil olub, abxazlar isə Kodor dərəsi istiqamətində əməliyyata başlayıblar

Avqust 10, 2008 12:01, gündəm, EYV-AZ, Şərhlər(0)

Tiflis - APA. Rusiya Hərbi Dəniz Donanmasının gəmiləri Abxaziyanın Oçamçira limanına daxil olub. APA-nın məlumatına görə, bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Alkesandr Lomaya AFR-ə açıqlamasında bildirib. Faktı separatçı Abxaziya rejiminin təmsilçiləri də təsdiqləyiblər. Onlar Rusiya gəmilərinin Gürcüstan gəmilərinin Abxaziya limanlarına daxil olmaq niyyətinin qarşısını aldığını qeyd ediblər. Davamı...
Baxış sayı: 297
Açar sözlər:


Gürcüstandan Azərbaycana insan axını var

Avqust 10, 2008 11:54, ən son xəbər, EYV-AZ, Şərhlər(0)

Gürcüstanda gərginlik səngimir. Gürcüstanın mülki əhalisi yaxın ölkələrin sərhədlərinə doğru qaçır. Azərbaycanla sərhəddə də Gürcüstan vətəndaşı olan minlərlə şəxs toplanıb. Azərbaycanın Gürcüstanla sərhəd-keçid məntəqələri gücləndirilmiş iş rejiminə keçib. Davamı...
Baxış sayı: 286
Açar sözlər:


Gürcüstanda cərəyan edən hadisələrlə əlaqədar Kulevi və Batumiyə neft daşınması dayanıb

Avqust 10, 2008 11:50, gündəm, EYV-AZ, Şərhlər(0)

RDNŞ prezidenti R.Abdullayevin ANS TV-yə eksklüziv müsahibəsi ARDNŞ prezidenti bəyan edib ki, artıq Kulevidə bütün işlər dayanıb. «Kulevidə, Batumidə artıq tanekrlər limanlara yaxınlaşmırlar.  Davamı...
Baxış sayı: 267
Açar sözlər:


Azərbaycan prezidenti bütün şəhər və rayonlardan portretlərinin yığışdırılması barədə göstəriş verib

Avqust 5, 2008 22:04, gündəm, EYV-AZ, Şərhlər(0)

Əli Həsənov: “Dövlət başçısı qeyd etdi ki, o, əməli fəaliyyəti ilə xalqın qəlbində qalmaq istəyir, portretlər ona lazım deyil”

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazilər Kabinetində 2008-ci ilin altı ayının yekunları və görüləcək işlərlə bağlı müşavirə keçirilib. Müşavirədə çıxış edən Azərbaycan prezidenti ölkədəki inkişafdan, siyasi və iqtisadi islahatların aparılmasının vacibliyindən danışıb.

Müşavirəni APA-ya şərh edən Prezident Aparatı ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, dövlət başçısı bütün rayon və şəhərlərdə portretlərinin yığışdırılması barədə göstəriş verib: “Prezident deyib ki, bu, həm də prezident seçkisi ilə bağlı kampaniya başlayanda seçki qanunvericiliyinə hörmətdir.
 
Baxış sayı: 224
Açar sözlər:


İsa Qəmbər: “Bu, siyasi fəaliyyətin dayandırılması demək deyil”

Avqust 3, 2008 20:13, siyasət, EYV-AZ, Şərhlər(0)

Müsavat Partiyasının başqanı Məclisin qərarından dərhal sonra Lent.az-a danışdı
Bu gün ölkənin bir neçə siyasi partiyası oktyabrın 15-də keçiriləcək prezident seçkilərinə rəsmi münasibətini bildirdi. Müsavat, Azərbaycan Demokrat, Böyük Quruluş və Klassik Xalq Cəbhəsi partiyaları seçkidə iştirak etməmək barədə qərar qəbul etdilər.
Müsavat Partiyasının Məclisinin gedişini izləmək imkanımız oldu və müşahidə etdik ki, seçkidə iştirakın tərəfdarı olanların çıxışları sürəkli alqışlanırdı. Belə əhval yaranırdı ki, seçkidə iştirak etmək istəyənlər qalib gələcəklər. Ancaq səsvermənin nəticələri çoxlarını təəccübləndirdi: 6 nəfər əleyhinə, 65 nəfər lehinə olmaqla, partiya seçkidə iştirak etməmək qərarına gəldi.

Daha ətraflı:http://www.lent.az/news.php?id=5968

 
Baxış sayı: 321
Açar sözlər:



  Yazılar cəmi: 19   

Blog Haqqında

EYV-AZ
Bloq Eyvaz Qocayev tərəfindən yaradılmışdır. Bloqda müxtəlif mövzularda məqalələr, müsahibələr və xəbərlərlə tanış ola bilərsiniz. Bizimle elaqe: eyvazqocayev@yahoo.com


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu

Internetdən nə üçün istifadə edirsiniz?






Açar sözlər

mətbuat  internet  gənclər  hadisə  siyasət  dünya  türkiyə  müsahibə  mübariz  vüsal  qarabağ  prezident  kənan  müharibə  ermenistan  aslanlı  həmas  saleh  azad  saat  mətləboğlu  su  bin  qəzza  caspian  təltif  böhran  20  aksiya  şükürlü 


Sayqaç


Müxtəlif