Navigation


RSS: Yazılar



Media Hüququ İnstitutu bəyanat yayıb

Mart 11, 2009 22:02, Mətbuat, EYV-AZ, Şərhlər(0)

Media Hüququ İnstitutu Kütləvi İnformasiya Vasitələri qanununa edilmiş əlavələrin mətbu nəşrlərin azadlığı və müs­təqilliyi üçün ciddi təhlükə yaradacağından narahatdır. Bu əlavələr qüvvəyə minərsə mətbu nəşrlər bir neçə hal­da mütənasiblikdən çox uzaq olan qorxunc sanksiyalarla üzləşə biləcəklər. MHİ vurğulayır ki, Qanununun 19-cu maddəsinə edilmiş əlavələr bir sıra hallarda “Müvafiq icra h­a­ki­miy­yə­ti or­qa­nı”na aşağıdakı hallarda “mətbu nəşrin fəaliyyətinin iki ay müddətində dayandırılması” kimi sərt və adek­vat­lı­ğı bəraətləndirilə bilməyən cəza verilməsi “barədə məhkəmə qarşısında iddia” qaldırmaq, məh­kəmələrə isə belə san­ksiyaları qoymaq səlahiyyəti verib.


Əlavələrin həm qanun yaradıcılığı meyarlarına, həm də ifadə azadlığı standartlarına uyğunluq baxımından cid­di ça­tışmazlıqları var. Bu səbəbdən Əlavələrin müəyyən etdiyi müddəalar Azərbaycan Respublikasının Kon­s­ti­tu­si­ya­sına, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının tənzimlənməsi haqqında Azər­baycan Res­pub­li­kasının Konstitusiya qanununa və Avropa İnsan Haqları Konvensiyasının 10-cu (İfa­də­ azadlığı) maddəsinə və bu maddə ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin presedent hüququnun mü­əyyən etdiyi meyarlara ziddir.     Baş redaktor vəzifəsini tutan şəxs üçün müəyyən olunmuş təhsil və vətəndaşlıq senzi ifadə azadlığı prin­sip­ləri ba­xı­mından mübahisəli sayılan məhdudiyyətlərdir. Üstəlik bu qaydaya əməl etməməyə görə mətbu nəş­run 2 ay müd­dətinə qapadılması bütün hallarda adekvat olmayan sanksiyadır və ifadə azadlığına kobud mü­daxilədir.   Nəşriyyatların dövrü mətbu nəşrlərin məcburi nüsxələrini 10 gün ərzində təsisçiyə, dövlət arxivinə, Milli Ki­tab­xa­na­ya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına, qanunvericilik və müvafiq icra hakimiyyəti or­qanlarının ki­tab­xanalarına göndərməməsinə görə mətbu nəşrlərin 2 aylığa qapadılması sanksiyası isə açıq-aşkar qeyri adek­vat, ədalətsiz olmaqla yanaşı, belə tənzimləmə cəza hüququnun mahiyyətinə ziddir. Bu norma nəşriyyatların et­mə­yə borclu sayildığı vəzifəni yerinə yetirməməyə görə nəşriyyatları yox, mət­bu­atı cəzalandırmağı nəzərdə tutur.   Qəbul edilmiş daha bir dəyişikliyə görə kütləvi informasiya azadlığından və jurnalist hüququndan sui-is­ti­fa­də et­mə­yə görə inzibatı  məsuliyyətə cəlb edildikdən sonra həmin əməli il ərzində təkrar törədilməsi sə­la­hiy­yət verir ki, mətbu nəşrin 2 ayadək müddətə qapadılsın. Mətbu nəşrin fəaliyyətinin 2 ayadək müddətinə qapadılması çox ağır sanksiya  növü olduğundan onun qanuna əlavələrdə göstərilən hallarda tətbiqi mətbu nəşrlərin azadlığına bə­ra­ətləndirilə bilməyən, mütənasib olmayan,  ədalətsiz zərər vuracaqdır. Mətbu nəşrin hətta qısa müddət ərzində be­lə qapadılması legitim məqsədə yönəlik xüsusi hallarda, təxirəsalınmaz və qaçılmaz sosial zərurətin basqısı al­tın­da edildikdə və cəzanın məqsədinə proporsional olduqda tətbiq edilə bilər. Əla­vələrdə göstərilən halların heç birinin bu ağır sanksiyanın qoyulmasına bəraət verən hallar kimi qəbul edilə bil­məz. Bu səbəbdən də onların tətbiqi bütün hallarda Konstitusiyanın və Avropa Konvensiyasının 10-cu ma­d­də­si­ni pozacaqdır.  Media Hüququ İnstitutu media azadlığını məhdudlaşdırmağa yönəlik belə qanunların hazırlanması və qəbulunun qeyri-şəffaf, geniş müzakirələrsiz aparıldığına təəssüf edir və hökumətin bu Əlavələrin qanuna çevrilməməsi üçün addımlar atacağına ümid bəsləyir.


Baxış sayı: 342
Açar sözlər:




Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha


Blog Haqqında

EYV-AZ
Bloq Eyvaz Qocayev tərəfindən yaradılmışdır. Bloqda müxtəlif mövzularda məqalələr, müsahibələr və xəbərlərlə tanış ola bilərsiniz. Bizimle elaqe: eyvazqocayev@yahoo.com


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu

Internetdən nə üçün istifadə edirsiniz?






Açar sözlər

mətbuat  internet  gənclər  hadisə  siyasət  dünya  türkiyə  müsahibə  mübariz  vüsal  qarabağ  prezident  kənan  müharibə  ermenistan  aslanlı  həmas  saleh  azad  saat  mətləboğlu  su  bin  qəzza  caspian  təltif  böhran  20  aksiya  şükürlü 


Sayqaç


Müxtəlif