Navigation


RSS: Yazılar



97 yaşlı blogçu vəfat etdi!

May 23, 2009 11:35, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(1)

Xeyli vaxtdır ki, blogda yazı yazmıram. Bu gün oxuduğum bir xəbər haqqında blogda yazı yazmağı düşündüm. Bu xəbər diqqətimi ona görə cəlb elədi ki, xəbər ən yaşlı blogger haqqında - Mayın 21-i İspaniyada bloggerlər cəmiyyətinin və dünyanın ən yaşlı bloggeri Mariya Lopesin (Maria Amelia Lopez) 97 yaşında vəfat etməsi ilə bağlı idi.
Maraqlısı budur ki, Mariya Lopesin blog yazmasına səbəb nəvələri olub. 2006-cı ilin 23 dekabrında amis95.blogspot.com ünvanında yazdığı bloqda Mariya Lopes (Maria Amelia Lopez) aşağıdakı fikirləri yazmışdı: “Bu gün mənim ad günümdür və mənim simic nəvəm mənə bloq bağışlayıb.” 


 Davamı...
Baxış sayı: 201
Açar sözlər:


"Barcamp Caspian 2009" dan şəkillər

Aprel 2, 2009 16:18, Mənim Köşəm, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(3)

"Barcamp Caspian 2009" dan şəkilləri təqdim edirəm

 

 Davamı...
Baxış sayı: 332
Açar sözlər: azəriblogçular barcamp caspian it konfrans 


Azəriblogçular “BarcampCaspian 2009” da bir araya gəldilər

Mart 29, 2009 19:12, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(0)

28 mart  saat 10.00-da “Barcamp Caspian 2009” qeyri-konfransı rəsmi olaraq fəaliyyətə başladı.Qafqaz Universitetində başlanan tədbirdə çoxsaylı yerli və xarici qonaqlar iştirak edirlər. Konfransın açılışında Azərbaycan rabitə və informasiya texnologiyaları nazirliyinin (RİTN) informasiya cəmiyyəti şöbəsinin müdiri Rüfət Gülməmmədov, Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan İnternet Forumun (AİF) prezidenti Osman Gündüz, həmçinin «Google» axtarış sistemi, Almaniyanın «Sevenload» video paylaşım saytı, «Wordpress», «Creative Commons» və «Opera Software» kimi iri şirkətlərin nümayəndələri iştirak edirdilər.
Konfransa Azərbaycandan da xeyli mütəxəssis qatılmışdı. “BarcampCaspian 2009” –da Azəriblogçular da fəal iştirak edirdilər. İştirakçılar arasında freeexpression.azeriblog.com, some.azeriblog.com, proqramist.azeriblog.com, ict.azeriblog.com, və digər blogçulara rast gəldik.
“BarcampCaspian 2009” haqqında daha ətraflı məlumat əldə etmək istəyirsinizsə
www.barcampcaspian.com saytına daxil olun.

 Davamı...
Baxış sayı: 247
Açar sözlər:


“Ümid” niyə yoxdur?

Mart 15, 2009 0:39, İnformasiya texnologiyaları, EYV-AZ, Şərhlər(0)

Artıq bir neçə həftədir ki “Yeni müsavat” qəzetinin elektron versiyasında (www.musavat.com) Ümüd Partiyasının saytının (http://www.umidparty.org) reklam banneri yerləşdirilib. Bannerdə “Tək ümid var” yazılıb. Ancaq reklamın üzərində “vurduqda” məlum olur ki, əslində “ümid” yoxdur. Bu isə əslində reklam deyil, anti reklam olur. Belə bir fikir meydana çıxır ki, bir partiya özünə normal sayt yarada bilmirsə və reklama nəzarət edə bilmirsə, o zaman bu partiyadan “ümid” gözləməyə dəyərmi?

 Davamı...
Baxış sayı: 269
Açar sözlər:



  Yazılar cəmi: 4   

Blog Haqqında

EYV-AZ
Bloq Eyvaz Qocayev tərəfindən yaradılmışdır. Bloqda müxtəlif mövzularda məqalələr, müsahibələr və xəbərlərlə tanış ola bilərsiniz. Bizimle elaqe: eyvazqocayev@yahoo.com


Bölmələr


Arxivlər


Qabaqki yazılar


Keçidlər


Dost bloglar


Sorğu

Internetdən nə üçün istifadə edirsiniz?






Açar sözlər

mətbuat  dünya  internet  gənclər  hadisə  siyasət  prezident  kənan  müharibə  ermenistan  aslanlı  türkiyə  müsahibə  mübariz  vüsal  qarabağ  tebriz  ruslar  türkyə,mətbuat  mehdiyev  israil  azəriblogçular  əfv  tələbə  sumqayıt  azerbaycan  fələstin  diaspora  eyvaz  məhkəmə 


Sayqaç


Müxtəlif